Azərbaycan XİN Banqladeşə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Banqladeşə başsağlığı verib.

“Report” xəbər verir ki, bu barədə Nazirliyin “X” hesabında paylaşım edilib.

“Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədə faciəvi qəzaya uğraması bizi dərindən kədərləndirdi. Qurbanların ailələrinə və yaxınlarına, Banqladeş hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk”,-məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün Banqladeşin paytaxtı Dəkkədə “Milestone” kollecinin ərazisində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot daxil olmaqla 19 nəfər həlak olub, 164 nəfər yaralanıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More