Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilib.
“Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara dəyişikliyi təsdiqləyib.
Məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması məqsədilə “Təhsil haqqında” qanunun 18.5-ci maddəsində məktəbəqədər təhsilin həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələrinin, “Məktəbəqədər təhsil haqqında” qanunun 8.5-ci maddəsində məktəbəhazırlığın həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələrinin, eləcə də həmin qanunun 11.4-cü maddəsi ilə müəyyən edilən məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin növlərinə isə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələri əlavə edilib.
Xatırladaq ki, bu günə qədər məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında və ya ailədə həyata keçirilirdi.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.