Azərbaycanlı hakim-inspektor UEFA-dan növbəti təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

“Report” xəbər verir ki, O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək FK “Sutyeska” (Monteneqro) – “Beytar” (İsrail) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Nikşiç şəhərinin eyniadlı stadionunda baş tutacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More