Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan İdman Akademiyasında idman federasiyalarının nümayəndələri ilə görüşüb.

“Report” xəbər verir ki, görüş zamanı nazir iştirakçıları salamlayaraq son dövrdə idman sahəsində görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Tədbirdə bu il Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarına və Səudiyyə Ərəbistanında keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq məsələləri müzakirə olunub.

Eyni zamanda, Mərkəzləşdirilmiş Reyestr Sistemi, 2028-ci ildə Los-Ancelesdə baş tutacaq XXXIV Yay Olimpiya Oyunlarına hazırlıq prosesi, Milli İdman Tibb və Reabilitasiya İnstitutunda görüləcək işlər barədə məlumat verilib.

Görüşdə həmçinin idman ictimaiyyətinin regionlara səfərləri müzakirə olunub, bir sıra təqdimatlar dinlənilib, federasiyaların sosial media fəaliyyətinə dair hesabat və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More