Gənc idmançı məşq sırasında qəzaya uğrayaraq vəfat edib

İspaniyalı motosikletçi Pau Alsina məşq zamanı dünyasını dəyişib.

“Report” “Regio7” nəşrinə istinadən xəbər verir ki, 17 yaşlı idmançı şənbə günü səhər Saraqosa trasında dünyasını dəyişib.

O, məşq zamanı qəzaya uğrayaraq başını yerə çırpıb. Gənc idmançı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Alsina “Estrella Galicia” komandasının heyətində JuniorGP yarışmasında iştirak edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More