Kobaxidzenin erməni nazirlə görüşündə Ermənistan-Azərbaycan sülh sazişi üzrə danışıqlar müsbət qiymətləndirilib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanda səfərdə olan Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan ilə görüş zamanı Cənubi Qafqazda sülh və sabitlik məsələlərini müzakirə edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması istiqamətində aparılan danışıqların yekun mərhələyə çatması yüksək dəyərləndirilib.

Tərəflər sənədin yaxın vaxtlarda imzalanacağına ümid ifadə ediblər.

Baş nazir Kobaxidze Gürcüstan hökumətinin regionda davamlı sülhün və sabitliyin təmin olunması, eləcə də Bakı ilə İrəvan arasında dialoqun təşviqinə bundan sonra da dəstək verməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, görüşdə Gürcüstanın daxili işlər naziri Gela Geladze də iştirak edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More