OPEC-in baş katibi Qazaxıstana səfər edəcək

OPEC-in baş katibi Haytam əl-Qeys oktyabrda Qazaxıstana səfər edəcək.

“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, təşkilatın baş katibi məlumatı təsdiqləyib.

O, 2025-ci ilin oktyabrında Astanada keçiriləcək XVI KAZENERGY Avrasiya Forumunda iştirak edəcək. Bu, Mərkəzi Asiya və Xəzər regionunda ən böyük enerji hadisəsidir.

“Bu nüfuzlu tədbirə töhfə vermək və plenar sessiyada iştirak etmək mənim üçün xoş olacaq”, – Haytam əl-Qeys qeyd edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More