“Qarabağ” – “Şelburn” matçı italiyalı hakimlərə həvalə edilib

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın Bakıda “Şelburun”a (İrlandiya) qarşı keçirəcəyi matçın hakimləri açıqlanıb.

“Report” xəbər verir ki, Dublində baş tutacaq oyun İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.

Görüşün baş hakmi Andrea Kolombo olacaq. Ona Stefano Alassio və Dario Cekkoni yardım edəcək. Dördüncü hakim funksiyasını Kevin Bonakina yerinə yetirəcək.

VAR hakimi Daniele Doveri, AVAR hakimi isə Daniele Paterna olacaq.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More