“Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Petrokub”la oyun üçün Moldovaya yollanacağı tarix müəyyənləşib.
Bu barədə “Report”a klubun mətbuat xidmətindən məlumat verilib.
Bakı təmsilçisi Moldovaya iyulun 23-də, gecə saatlarında yola düşəcək.
Baş məşqçi Valdas Dambrauskasın oyunöncəsi mətbuat konfransı yerli vaxtla saat 18:30-da, komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə 19:00-da start götürəcək.
Paytaxt təmsilçisibu səfərdə dəstəkləyəcək azarkeş sayı hələ dəqiqləşməyib.
Qeyd edək ki, “Petrokub” – “Sabah” matçı iyulun 24-də Kişineudakı “Zimbru” stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması iyulun 31-də “Bank Respublika Arena”da, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.