Şahin Bağırov: “Yeni mövsümdən Azərbaycan çempionatında komanda sayı 9-a çata bilər”

Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatında komanda sayı 9-a çata bilər.

Bunu “Report”a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının preizdenti Şahin Bağırov deyib.

O, növbəti mövsümdən qadınların yarışında komanda sayının artacağını bildirib:

“Hazırda 8 komandalı çempionat üzərində işləyirik. Bildiyiniz kimi, əvvəllər bu rəqəm 6-ya bərabər idi. Lakin ola bilər ki, say 9-a çatsın. Amma bu dəqiq deyil. Azərbaycanda voleybolun inkişafı göz qabağınadır. İnanıram ki, istədiyimiz hədəflərə çatacağıq”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More