Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü İsmayılov Orxan Bəşir oğlunu işlədiyi sənaye müəssisəsində elektrik cərəyanı vurub.
“Report”un Sumqayıt bürosu xəbər verir ki, hadisə şəhərin 76-cı məhəllə ərazisində yerləşən müəssisədə qeydə alınıb.
Nəticədə elektrik çilingəri kimi fəaliyyət göstərən Orxan İsmayılov müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.