Tehranda İran, Çin və Rusiya arasında nüvə proqramı ilə bağlı üçtərəfli görüş keçiriləcək

İyulun 22-də Tehranda İran, Rusiya və Çin nümayəndələrinin üçtərəfli görüşü keçiriləcək və bu görüşdə İranın nüvə proqramı müzakirə olunacaq.

“Report”un məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmail Bəqai bildirib.

“Sabah Tehranda İran, Çin və Rusiya arasında üçtərəfli görüş keçiriləcək və əsas mövzulardan biri nüvə probleminin, xüsusilə də sanksiyaların qaytarılması məsələsinin müzakirəsi olacaq”, – İ.Bəqai jurnalistlərə bildirib.

Qeyd edək ki, iyulun 25-də İstanbulda İran və “avroüçlüyü” ölkələri arasında İran nüvə proqramı ətrafında böhranın tənzimlənməsi məsələləri üzrə danışıqların yeni raundu keçiriləcək. İ.Bəqainin dəqiqləşdirdiyi kimi, görüş xarici işlər nazirləri müavinləri səviyyəsində keçiriləcək. İranı danışıqlarda Məcid Taxt-Ravançi və Kazem Qəribabadi təmsil edəcəklər.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More