“The Sun”: İngiltərə millisinin sabiq üzvü Qaskoyn xəstəxanaya yerləşdirilib

İngiltərə millisinin heyətində 1996-cı il futbol üzrə Avropa çempionatının bürünc mükafatçısı Pol Qaskoyn evində huşsuz vəziyyətdə aşkarlanaraq xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Qaskoyn əvvəlcə reanimasiyaya yerləşdirilsə də, hazırda vəziyyəti sabit qiymətləndirilir. Sabiq futbolçunun bir neçə gün xəstəxanada qalacağı gözlənilir.

Qaskoynun 58 yaşı var, o, yarımmüdafiəçi kimi İngiltərə millisində 57 oyun keçirib və 10 qol vurub. Qaskoyn “Nyukasl”, “Tottenhem”, “Midlsbro”, “Everton”, “Börnli”, “Boston Yunayted”, “Latsio”, “Reyncers” və “Qansu Tianma”da çıxış edib. O, İngiltərə Kubokunun qalibi, ikiqat Şotlandiya çempionu və Şotlandiya Kubokunun qalibidir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More