Livan-İsrail münaqişəsində ABŞ İsrail tərəfini hər hansı bir addıma məcbur edə bilməz.
“Report” xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Tomas Barrak Livanın Baş naziri Nəvaf Salamla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
“ABŞ-nin İsraili hansısa addımı atmağa məcbur etmək hüququ yoxdur. ABŞ yalnız vəziyyətə təsir göstərə bilər. Biz artıq münaqişələrin olduğu bölgələrə qoşun yerləşdirmək niyyətində deyilik”, – o qeyd edib.
Barrak həmçinin deyib ki, ABŞ Prezidenti Donald Tramp regional sabitliyə nail olunmasında maraqlıdır və Livan onun bir hissəsidir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.