UEFA Konfrans Liqası: “Araz-Naxçıvan”ın rəqibini Bakıda təxminən 20 azarkeş dəstəkləyəcək

“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasındakı rəqibi “Aris”i (Yunanıstan) Bakıda təxminən 20 azarkeş dəstəkləyəcək.

Bu barədə “Report”a klubun mətbuat xidmətindən məlumat verilib.

Yunanıstan klubu Azərbaycana iyulun 22-də, axşam saatlarında gələcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” oyunu iyulun 24-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Tərəflər arasında cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More