Yakutiyada avtobus qəzasında 13 nəfər həlak olub

Yakutiyanın Neryunqri rayonunda mədən işçilərini daşıyan avtobus 30 metrlik uçurumdan aşıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə rayonun “Telegram” kanalı məlumat yayıb.

Hadisə nəticəsində 13 nəfər həlak olub, 20 nəfər xəsarət alıb.

İyulun 22-də rayonda matəm elan edilib. Neryunqri şəhərində və qəsəbələrdə bütün əyləncə və idman tədbirlərinin ləğv edilməsi tövsiyə olunub.

Faktla bağlı cinayət işi açılıb.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, hadisə 52 yaşlı sürücünün mədən ərazisindən çıxarkən idarəetməni itirməsi nəticəsində baş verib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More