Yaponiyanın hakim koalisiyası yuxarı palatada səs çoxluğunu itirib

Yaponiyanın Liberal Demokratik Partiyası və “Komeyto” Partiyasının hakim koalisiyası seçkilərin nəticələrinə görə parlamentin yuxarı palatasında çoxluğu itirib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin seçki komissiyalarının məlumatları sübut edir.

Belə ki, hakim koalisiya yuxarı palatada çoxluğu qorumaq üçün lazımi sayda mandatı əldə edə bilməyəcək. Koalisiya çoxluğu üçün 124 mandatdan 50-ni qazanmalı idilər.

Hakim blok 2024-cü ilin payızında parlamentin əsas aşağı palatasındakı çoxluğunu itirib, lakin müxalifətdə yaranan fikir ayrılıqlarına görə azlıq hökuməti yaradaraq hakimiyyətdə qala bilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More