Fransanın Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı növbəti sanksiyalar paketi üçün yeni məhdudlaşdırıcı tədbirlərlə bağlı təkliflərin hazırlanmasına başlayıb.
“Report” xəbər verir ki, bu barədə Fransa XİN başçısı Jan-Noel Barro “France Inter” radiosunun efirində bildirib.
“Keçən cümə axşamı biz Avropa İttifaqı ilə birlikdə genişmiqyaslı sanksiyalar paketi qəbul etdik. Biz daha da irəli gedəcəyik, çünki mən artıq komandalarımdan Rusiyanı bunu etməyə məcbur etmək üçün yeni, daha sərt sanksiyalar paketi hazırlamağı xahiş etmişəm”, – o bildirib.
Nazir dəqiqləşdirib ki, söhbət məhz Avropa İttifaqı səviyyəsində sanksiyalardan gedir. O, Fransanın fəal iştirakı ilə hazırlanan yeni sanksiyalar paketinin tezliklə qəbul ediləcəyinə ümidvar olduğunu deyib.
Qeyd edək ki, bu günlərdə Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı 50-dən çox fiziki şəxs və təşkilatı əhatə edən 18-ci sanksiyalar paketini razılaşdırıblar.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.