Almaniya kansleri ABŞ-nin “tarif müharibəsinin” Avropaya təsirini açıqlayıb

ABŞ ilə tarif münaqişəsi həll olunmasa, Avropa iqtisadi qeyri-müəyyənliklə üzləşəcək.

“Report”un məlumatına görə, bunu Almaniya kansleri Fridrix Merts Berlində Çexiyanın baş naziri Petr Fiala ilə birgə mətbuat konfransında deyib.

“ABŞ və Avropa arasında bu ticarət siyasəti transatlantik bazarı gücləndirməlidir, onu zəiflətməməlidir. Əks halda, bu münaqişə, xüsusilə Atlantik okeanının hər iki sahilindəki istehlakçılar üçün indidən daha çox ziyan vuracaq. Münaqişənin belə bir həlli olmadan, tam əksinə ehtiyac duyduğumuz bir vaxtda iqtisadi qeyri-müəyyənliklə üzləşmək riskimiz var”, – Merts əlavə edib.

ABŞ prezidenti Donald Tramp avqustun 1-dən etibarən Avropa İttifaqının polad, alüminium və avtomobillərinə artıq qüvvədə olan 10%-lik rüsumlara əlavə olaraq, bütün Avropa ixracatına 30% rüsum tətbiq etdiyini açıqlayıb.

Buna cavab olaraq, Avropa Komissiyasının sədri Ursula von der Leyen tariflərin transatlantik tədarük zəncirlərini sarsıdacağını deyib və avqustun 1-dək razılaşma əldə etməyə çağırıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More