Azərbaycan Prezidenti: Şəhid olmuş media nümayəndələrimizin şücaəti və qəhrəmanlığı heç zaman unudulmayacaq

Azərbaycan Prezidenti İlham Əliyev şəhid olan media nümayəndələrinin qəhrəmanlığının heç zaman unudulmayacağını bəyan edib.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə təbrikində deyilir:

“Torpaqlarımızın işğalı zamanı cəbhə bölgəsində və postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərimizdə vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş media nümayəndələrimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm. Onların şücaəti və qəhrəmanlığı heç zaman unudulmayacaq”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More