Bloomberg: Almaniya və ABŞ tezliklə Patriotun Ukraynaya tədarükü ilə bağlı müqavilə bağlaya bilər

Almaniya yaxın vaxtlarda ABŞ-la Ukraynaya iki Patriot hava hücumundan müdafiə raket kompleksi tədarük etmək üçün müqavilə bağlaya bilər.

“Report” xəbər verir ki, bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat yayıb.

Müqavilə Berlinin Kiyevə iki “Patriot” hava hücumundan müdafiə raket sistemini təhvil verməsini, ABŞ-nin isə bu sistemləri öz sənaye ehtiyatlarından doldurmasını nəzərdə tutur.

Mənbələr qeyd edib ki, hazırda tərəflər tədarüklərin təfərrüatları və vaxtını müzakirə edirlər. Müqavilə bu həftə rəsmən elan oluna bilər.

“Bloomberg”in qeyd etdiyi kimi, Almaniya artıq Ukraynanı “12 Patriot sistemindən 3-ü” ilə təchiz edib. Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna üzrə təmas qrupunun virtual iclasında bildirib ki, Berlin Kiyevə mümkün qədər tez beş Patriot hava hücumundan müdafiə sistemi almasına kömək edəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More