Botçorişvili: Bakı və İrəvan arasında sülh sazişinin yaxın zamanda imzalanacağına ümid edirik

Gürcüstan Azərbaycan və Ermənistan arasında dialoqu diqqətlə izləyir və yaxın zamanda sülh sazişinin imzalanacağına ümid edir.

“Report”un Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Gürcüstan xarici işlər naziri Maka Botçorişvili Tbilisidə azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqaz regionunda sülh və sabitliyin möhkəmləndirilməsində maraqlıdır.

M.Botçorişvili, həmçinin bu il aprelin 17-də Ermənistan, Azərbaycan və Gürcüstanın xarici işlər nazirinin müavinləri Vahan Kostanyan, Elnur Məmmədov və Laşa Darsaliyanın iştirakı ilə üçtərəfli formatda keçirilən danışıqları xatırladıb. Gürcüstanın xarici işlər naziri qeyd edib ki, bu formatın potensialı var.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More