Cəbrayıl sakini: Şükürlər olsun ki, sağ-salamat öz doğma elimizə, obamıza qayıdırıq

“Şükürlər olsun ki, bu gün biz sağ-salamat öz doğma elimizə, obamıza qayıdırıq”.

“Report” xəbər verir ki, bu sözləri Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Quliyeva Elza söyləyib.

“Arzu edirəm ki, bütün məcburi köçkünlər əziz yurdlarına qayıtsınlar. Bizə bu xoş günləri yaşadan Prezidentimizə minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı diləyirik. Bu gün bizim doğma elimizə, obamıza qayıtmaq arzumuza qovuşduran onlardır”, – deyə Cəbrayıl sakini əlavə edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More