Çin İran probleminin həllində müsbət rol oynamağa hazırdır

Çin İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu dəstəkləyir və İranın nüvə probleminin həllinə töhfə verməyə hazırdır.

“Report”un xəbərinə görə, bunu Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Ma Çjaosyu deyib.

Onun sözlərinə görə, İranın nüvə problemini siyasi və diplomatik üsullarla həll etməyə davam etmək lazımdır:

“İran tərəfinin nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu təmin etmək lazımdır. Çin bu məsələdə müsbət və konstruktiv rol oynamağa davam etməyə hazırdır”.

Çin Xalq Respublikasının xarici işlər nazirinin müavininin qeyd edib ki, vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün bütün maraqlı tərəflər mümkün qədər tez dialoq və danışıqları bərpa etməlidir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More