ABŞ 2027-ci ildən etibarən UNESCO-dan çıxacaq.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.
“UNESCO-dan çıxış 31 dekabr 2026-cı il tarixində baş tutacaq”, – məlumatda qeyd olunub.
Birləşmiş Ştatlar artıq təşkilatın rəhbərliyini bu barədə məlumatlandırıb.
“UNESCO cəmiyyətdə fikir ayrılığı yaradan sosial və mədəni problemlərin həlli üzərində işləyir və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə – “Amerika hər şeydən öndə” xarici siyasətimizə zidd olan beynəlxalq inkişafla bağlı ideoloji gündəmə həddindən artıq diqqət yetirir. UNESCO-nun “Fələstin Dövləti”ni üzv dövlət kimi qəbul etmək qərarı ciddi suallar doğurur, ABŞ siyasətinə ziddir və təşkilat daxilində anti-İsrail ritorikasının yayılmasına kömək edib”, – qurumdan bildirilib.
Daha əvvəl bu gün ABŞ Prezidenti Donald Trampın ölkənin UNESCO-dan çıxması barədə qərar qəbul etdiyi barədə məlumat verilmişdi.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.