Hayduk”un baş məşqçisi: “Zirə” avrokuboklardakı çətin rəqiblərdən biridir

“Zirə” avrokuboklardakı güclü rəqiblərdən biri hesab olunur.

“Report” xəbər verir ki, bunu Xorvatiyanın “Hayduk” klubunun baş məşqçisi Qonsalo Qarsiya UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis Bakıdakı ilk qarşılaşmadan qələbə ilə ayrılmaq istədiklərini söyləyib:

“Avrokuboklar mövsümü başlayıb və biz rəqabət aparmağa hazırıq. “Zirə” avrokuboklarda güclü rəqiblərdən biridir. Sabah yaxşı nəticə əldə etmək istəyirik”.

Qeyd edək ki, “Zirə” ilə “Hayduk” arasında ilk matç iyulun 23-də, saat 19:30-da “Bakcell Arena”da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More