İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə əməkdaşlığı davam etdirir və agentliyin müfəttişlərinin gələcəkdə ölkəyə qayıda biləcəyini istisna etmir.
“Report”un xəbərinə görə, bunu “Fox News” telekanalına müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Biz onlarla işləməyə davam edirik, obyektlər dağıdıldığı üçün bizə yeni iş proseduru lazımdır. İş prosedurundan asılı olaraq, bu (müfəttişlərin geri qayıtması – red.) mümkündür”, – deyə o əlavə edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.