İsrail HƏMAS ilə razılaşma çərçivəsində 10 girovun azad edilməsinə ümid edir

İsrail və HƏMAS arasında atəşkəs danışıqları üçün növbəti günlər həlledici olacaq, yeni razılaşma çərçivəsində İsrail tərəfi daha 10 girovun azad edilməsinə və həlak olanların meyitlərinin geri qaytarılmasına ümid edir.

“Report” xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mənbəsi TASS-a bildirib.

“İndi HƏMAS ilə atəşkəs razılaşmasının əldə edilməsi üzrə danışıqlar gedir. Növbəti günlər həlledici olacaq. Biz ümid edirik ki, razılaşma çərçivəsində HƏMAS girovların bir hissəsini, 10 nəfəri azad edəcək və həlak olanların meyitlərinin bir hissəsini qaytaracaq”, – o qeyd edib.

Eyni zamanda, İsrail tərəfi HƏMAS ilə danışıqların uğursuz olması halında Qəzzada hərbi əməliyyatların gücləndirilməsini istisna etmir: “Əgər razılaşma əldə edilməsə, onda hərbi baxımdan yerdə eyni vəziyyət olacaq və ya hətta daha pis olacaq”.

Daha əvvəl HƏMAS-a yaxın olan “Maan” agentliyi bildirmişdi ki, Fələstin hərəkatı ilə İsrail tərəfi arasında atəşkəs və girovların bir hissəsinin azad edilməsi haqqında razılaşma yaxın günlərdə imzalanacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More