Fransanın PSJ klubunun və İtaliya millisinin qapıçısı Canluici Donnarumma karyerasını Türkiyədə davam etdirə bilər.
“Report” xəbər verir ki, bu barədə “Tuttomercatoweb” məlumat yayıb.
İstanbul təmsilçisi “Qalatasaray” 26 yaşlı qapıçı ilə ciddi şəkildə maraqlanır.
Sövdələşmənin uğurla başa çatmasına Donnarummanın PSJ ilə müqaviləsinin bir ildən sonra başa çatması və klubun italiyalının hazırkı 12 milyon avroluq illik maaşını ödəməyə hazır olmaması təsir edə bilər.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.