Keçmiş məcburi köçkün: Bütün arzularımı qanadıma alıb Cəbrayıla gedirəm

“Bütün arzularımı qanadıma alıb Cəbrayıla gedirəm”.

“Report” xəbər verir ki, bu sözləri Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Tahirə Abdullayeva söyləyib.

“Oğlum, gəlinim və nəvələrimlə birgə doğma diyarıma qayıdıram. Əhd etmişdim ki, Cəbrayıl işğaldan azad edilsin, torpağıma ayaqyalın gedəcəyəm. Hər zaman nəvələrimə Cəbrayılın gözəl yerləri və Xan çinarı barədə danışmışam”- deyə Cəbrayıl sakini əlavə edib.

Cəbrayıl sakini bu günü onlara nəsib edən vətən övladlarına minnətdarlığını bildirib, şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More