“Neftçi” bu gün növbəti matçını keçirəcək

Təlim-məşq toplanışını Polşada davam etdirən “Neftçi” bu gün növbəti yoxlama matçını keçirəcək.

“Report” xəbər verir ki, Bakı klubu yerli “Termalika” komandası ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 13:30-da “Sportovi novini” stadionunda başlayacaq. Samir Abasovun baş məşqçisi olduğu kollektiv toplanış çərçivəsindəki ilk görüşdə “Hapoel” (Təl-Əviv, İsrail) ilə heç-heçə oynayıb – 1:1.

Qeyd edək ki, “Neftçi” növbəti yoxlama görüşlərini Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) klublarına qarşı keçirəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More