Təlim-məşq toplanışını Polşada davam etdirən “Neftçi” növbəti yoxlama matçında bərabərə qalıb.
“Report” xəbər verir ki, Bakı klubu yerli “Termalika” komandası ilə heç-heçə edib.
“Sportovi novini” stadionunda baş tutan qarşılaşmada tərəflər hərəyə 2 dəfə fərqləniblər.
“Ağ-qaralar”ın qollarını Freddi Varqas və Bassala Sambou vurublar.
Qeyd edək ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv toplanış çərçivəsindəki ilk görüşdə “Hapoel” (Təl-Əviv, İsrail) ilə heç-heçə oynayıb – 1:1. “Neftçi” növbəti yoxlama görüşlərini Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) klublarına qarşı keçirəcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.