Rusiya Azərbaycanın Ukrayna ilə bağlı mövqeyindən xəbərdardır, Moskva və Bakı bu məsələdə fikir ayrılığına malikdir.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
O, qeyd edib ki, Kreml Ukrayna ilə bağlı fikir ayrılıqlarının Bakı ilə münasibətlərdəki soyuqluğun aradan qaldırılmasına mane olmayacağına ümid edir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.