“Real”ın braziliyalı hücumçusu yenidən zədələnib

Madrid “Real”ının braziliyalı hücumçusu Endrik yenidən zədələnib.

“Report”un İspaniyanın “Sport.es” onlayn nəşrinə istinadən məlumatına görə, futbolçu iki ay yarıma qədər bərpa olunacaq.

Mənbənin məlumatına görə, “Real”da Endrikin zədədən yalnız sentyabrın sonuna qədər sağalacağı gözlənilir.

Braziliyalı ilk zədəsini mayın 18-də, La Liqanın XXXVII turunun “Sevilya” ilə (2:0) matçında almışdı. Bu səbəbdən o, klublararası dünya çempionatında oynaya bilməmişdi.

“Real”ın yeni mövsümdə ilk matçı avqustun 19-na planlaşdırılıb. Madrid təmsilçisi 2025/2026 mövsümündə La Liqanın ilk turunda “Osasuna” ilə qarşılaşacaq.

Endrik 2024-cü ildən “Real”da çıxış edir. O, ötən mövsüm 37 matçda 7 qol vurub və 1 məhsuldar ötürmə verib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More