Tomas Müller karyerasını MLS-də davam etdirmək qərarına gəlib

Almaniyanın “Bavariya” klubunun futbolçusu Tomas Müller karyerasını MLS-də davam etdirmək qərarına gəlib.

“Report” “Sky Sport Germany”yə istinadən xəbər verir ki, 25 il Bundesliqa komandasında çıxış edən təcrübəli futbolçu ABŞ təmsilçilərindən biri ilə müqavilə imzalayacaq.

Müqavilənin yaxın günlərdə imzalanacağı bildirilir. Onu transfer etmək istəyən komandalardan birinin “Los-Anceles” olduğu iddia edilir.

Qeyd edək ki, 35 yaşlı hücumçu bu ilin yayında “Bavariya”dan ayrılıb. T.Müller Münhen təmsilçisinin heyətində bütün turnirlərdə 756 oyun keçirib, 250 qol və 276 məhsuldar ötürmə ilə yadda qalıb.

O, “Bavariya”nın heyətində 33 kubok, o cümlədən iki dəfə UEFA Çempionlar Liqasını qazanıb. Almaniya millisinin sabiq futbolçusu 2014-cü ildə dünya çempionu olub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More