ABŞ hərbi gəmisi Oman körfəzində İranın nəzarətində olan sulara yaxınlaşıb

ABŞ esminesi Oman körfəzində İranın nəzarətində olan sulara yaxınlaşıb, İran hərbiçiləri xəbərdarlıq ediblər.

“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, “DDG Fitzgerald” esminesi İranın Oman körfəzində nəzarətində olan sulara yaxınlaşmaq niyyətində olub. Bundan sonra amerikalı hərbiçilərə xəbərdarlıq etmək üçün İran helikopteri havaya qalxıb, lakin ABŞ esminesi helikopteri vurmaqla hədələyib.

“ABŞ esminesinin təkrar hədəsinə cavab olaraq havadan hücumu müdafiə sistemi işə salınıb. Qəti xəbərdarlıq edilib ki, helikopter müdafiə sistemlərinin tam müdafiəsi altındadır və ABŞ esminesi öz hərəkət marşrutunu cənuba dəyişməlidir”, – agentliyin məlumatında bildirilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More