Vaşinqton İranla birbaşa danışıqlar aparmağa hazırdır.
“Report”un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Temmi Brüs brifinqdə bildirib.
“Biz iranlılarla birbaşa danışmağa hazırıq, həmçinin “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya, Fransa) ilə koordinasiya edirik”, – o bildirib.
Brüs ABŞ prezidenti Donald Trampın iranlıların danışıqlardan yalnız qazanacaqları və İran rəhbərliyinin sülh və rifah yolunu seçmək üçün imkanlar pəncərəsinin olduğu barədə sözlərini sitat gətirib.
Daha əvvəl “Jerusalem Post” qəzeti öz mənbələrinə istinadən məlumat verib ki, Tramp artıq İranın nüvə proqramı ilə bağlı danışıqlarda iştirakını zəruri hesab etmir: “Belə bir istək yaranarsa, xoş qarşılanacaq. Lakin biz onlara yalvarmayacağıq, onları dilə tutmağa çalışmayacağıq”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.