Aİ ABŞ mallarına 30 %-lik gömrük rüsumu tətbiq edə bilər

Avropa İttifaqı (Aİ), Brüssel və Vaşinqton razılaşmaya nail ola bilmədiyi təqdirdə, təxminən 100 milyard avro məbləğində ABŞ mallarına 30 %-lik gömrük rüsumu tətbiq edə bilər.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, əgər kompromisə nail olunmasa və ABŞ Prezident Donald Trampın elan etdiyi Avropa ixracına 30 %-lik gömrük rüsumunu tətbiq edərsə, Aİ-nin cavab rüsumları avqustda dərhal qüvvəyə minəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More