2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır.
Belə ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,7 faiz, 2026-cı ildə isə 5,3 faiz olacağı gözlənilir.
Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinin parametrlərinə dair açıqladığı məlumatda bildirilir.
Məlumata görə, cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır.
Mənbə: Turkustan.Az
Comments are closed, but trackbacks and pingbacks are open.