Yunanıstanın “Aris” komandası “Araz-Naxçıvan”ı təhlil edib.
“Report” xəbər verir ki, bunu “Aris”in (Yunanıstan) baş məşqçisi Marinos Uzunidis UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
Mütəxəssis səfər qarşılaşmasından sərfəli nəticə ilə dönmək istədiklərini bildirib:
“Bu mənim Azərbaycana ilk səfərim deyil. Daha əvvəl “Qəbələ” klubuna rəqib baş məşqçi kimi ölkənizə səfər etmişdim. “Araz-Naxçıvan”ı təhlil etmişik, bizi nə gözlədiyini bilirik. Bizi çətin qarşılaşma gözləyir. Sabahkı qarşılaşma üçün start heyəti bəllidir. Həmin futbolçularla fərdi söhbətlər aparılıb. Meydana çıxacaq bütün oyunçular tam gücünü ortaya qoymalıdırlar”.
O, Azərbaycan klublarından hər il Avropada “Qarabağ”ı gördüklərini söyləyib:
“Sizin komandalarınızdan “Qarabağ”ı və “Neftçi”ni tanıyıram. “Qarabağ” hər il avrokuboklarda qruplara düşür. Bunun şahidi oluruq. Ümumiyyətlə, futbolunuzun inkişafda olduğunu söyləyə bilərəm”.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” qarşılaşması sabah, saat 20:00-da “Dalğa Arena”da baş tutacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.