Azərbaycan şahmat millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb.
Bu barədə “Report”a Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətindən məlumat verilib.
AŞF-nin İcraiyyə Komitəsi onlayn toplantıda Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək milli komandaların heyətini təsdiqləyib.
Kişi şahmatçılardan ibarət komandanın heyətinə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Eltac Səfərli cəlb edilib. Komandanın kapitanı Teymur Rəcəbov olacaq.
Qadın şahmatçılardan ibarət milliyə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva dəvət olunub. İlahə Qədimova kapitan olaraq, Nicat Abasov isə məşqçi kimi təsdiqlənib.
Şahmatçıların lövhələr üzrə mövqeyi yarış ərəfəsində açıqlanacaq.
Qeyd edək ki, qitə çempionatı oktyabrın 5-də start götürəcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.