Azərbaycan taekvondoçusu Avropa Gənclər Yay Olimpiya Festivalında erməni rəqibinə qalib gəlib

Azərbaycan taekvondoçusu Mehdi Budaqlı XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında ermənistanlı rəqibinə qalib gəlib.

Bu barədə “Report”a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

48 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionu ilk mərhələdə rəqib görüşə çıxmadığına görə qalib elan edilib. Təmsilçimiz 1/16 finalda isə ermənistanlı Sergey Davtyana qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Mehdu Budaqlının 1/8 finaldakı rəqibi türkiyəli Altuq Keske olacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More