İkiqat Avropa çempionu, dünya çempionatının mükafatçısı və Yay Paralimpiya Oyunlarının ikiqat iştirakçısı, sabiq parataekvondoçu Əbülfəz Abuzərli idmançı karyerasını bitirərək məşqçiliyə başlayıb.
Bu barədə “Report”a Milli Paralimpiya Komitəsnin mətbuat xidmətindən məlumat verilib.
O, bundan sonra zəngin təcrübəsi ilə fəaliyyətini milli komandada köməkçi məşqçi kimi davam etdirəcək.
33 yaşlı sabiq paralimpiyaçı hazırda milli komandanın baş məşqçisi Fərid Tağızadəyə köməkçi qismində Avropa Gənclər Paralimpiya Oyunlarında iştirak etmək üçün İstanbuldadır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.