“Baza”nın baş redaktoru və prodüseri 12 il müddətinə həbs oluna bilər

Rusiyanın “Baza” teleqram kanalının baş redaktoru Qleb Trifonov və kanalın prodüseri Tatyana Lukyanova üçün 12 ilədək azadlıqdan məhrumetmə təhlükəsi var, onlar qrup şəklində böyük məbləğdə rüşvət verməkdə ittiham olunurlar.

“Report” xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Q.Trifonova Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsi (vəzifəli şəxslərə rüşvət vermə) ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyası 1 milyondan 3 milyon rubladək cərimə, 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə və digər cəzaları nəzərdə tutur.

“Baza”nın prodüseri T.Lukyanovaya da oxşar ittiham irəli sürülüb. Q.Trifonov və T.Lukyanova günahlarını qəbul etmirlər.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More