BMT Təhlükəsizlik Şurası (TŞ) Yaxın Şərqdəki son hadisələri müzakirə etmək üçün toplanır.
“Report” xəbər verir ki, bu barədə təşkilatın rəsmi hesabında məlumat yerləşdirilib.
Bildirilib ki, TŞ “Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi” mövzusunda rüblük açıq debat keçirir.
Məlumata görə, Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darın sədrliyi ilə keçirilən iclas Qəzza, İordan çayının qərb sahili və İran, Livan, Suriya və Qırmızı dəniz daxil olmaqla daha geniş Yaxın Şərq regionunda baş verən son hadisələri əhatə edir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.