Cavid İsmayılov: İkili standartlar beynəlxalq öhdəliklərin davamlı şəkildə pozulmasına gətirib çıxarır

Beynəlxalq hüququn tətbiqində ikili standartlar və seçicilik istər-istəməz beynəlxalq öhdəliklərin davamlı şəkildə pozulmasına gətirib çıxarır.

“Report” xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili Cavid İsmayılov BMT Təhlükəsizlik Şurasının “Çoxtərəflilik və mübahisələrin dinc yolla həlli vasitəsilə beynəlxalq sülh və təhlükəsizliyin təşviqi” mövzusunda keçirilən yüksək səviyyəli açıq müzakirədə çıxışı zamanı deyib.

O qeyd edib ki, beynəlxalq hüququn pozulmasına və etno-millətçi ideologiyalara görə cəzasızlıq sabitlik və əməkdaşlıq yolunda əsas maneələrdəndir:

“Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət münaqişələrin qarşısının alınması, sülhün bərpası və qorunub saxlanılması, xalqlar arasında dinc qarşılıqlı faydalı əlaqələrin qurulması və davamlı iqtisadi və sosial inkişafın təşviq edilməsində istənilən irəliləyiş üçün çox vacibdir. Nifrət nitqinə qarşı mübarizə aparmaq və hər cür nifrəti rədd etmək üçün gücləndirilmiş səylərə ehtiyac var. Koordinasiya olunmuş qlobal fəaliyyət vasitəsilə biz dezinformasiyanın yayılmasına görə hökumətlərin və digər maraqlı tərəflərin hesabatlılığını gücləndirməliyik”.

Müvəqqəti işlər vəkili vurğulayıb ki, münaqişədən sonrakı sülhquruculuq, yenidənqurma, reabilitasiya və minatəmizləmə ilə məşğul olan dövlətlərə dəstək vermək bütün beynəlxalq icma üçün kritik prioritet olaraq qalmalıdır:

“Bu cür dəstək və həmrəylik Azərbaycan üçün 30 illik təcavüzün, etnik təmizləmə və işğalın ağır nəticələrinin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafına töhfə verməkdə və çoxtərəfli sistemin daha effektiv və öz vədlərini və mövcud öhdəlikləri yerinə yetirmək üçün daha yaxşı təchiz olunmasını təmin etməkdə qərarlıdır”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More