Çin ABŞ-nin UNESCO-dan çıxmaq qərarını tənqid edib

Çin Donald Trampın Birləşmiş Ştatları yenidən UNESCO-dan çıxarmaq qərarını kəskin tənqid edib.

“Report” xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

Pekində hesab edirlər ki, ABŞ beynəlxalq sistemin əsasını təşkil edən çoxtərəflilik prinsiplərini pozur.

Daha əvvəl bildirilmişdi ki, ABŞ Prezidenti Donald Tramp ölkəni BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatından (UNESCO) çıxarır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More