Gəncədə 24 yaşlı oğlan iki qardaşı bıçaqlayaraq hadisə yerindən qaçıb

Gəncədə iki qardaş bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.

“Report”un Qərb bürosunun məlumatına görə, 1993-cü il təvəllüdlü V.Qazıyev və onun qardaşı – 1999-cu il təvəllüdlü D.Qazıyev mübahisə zəminində bıçaq xəsarəti alıblar.

Onlar xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Onları bıçaqlamaqda şübhəli bilinən, 2001-ci il təvəllüdlü F.Qurbanov isə hadisə yerindən qaçıb.

Hadisənin başvermə səbəbləri hələ məlum deyil.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More