İrəvan ABŞ ilə Zəngəzur dəhlizi üzrə memorandumun mövcudluğunu təkzib edib

Ermənistan hökuməti İspaniyanın “Periodista Digital” portalında dərc edilmiş, İrəvan və Vaşinqton arasında Zəngəzur dəhlizinə dair memorandumla bağlı razılaşmanın mövcudluğu barədə məlumatı təkzib edib.

Bu barədə “Report” erməni KİV-lərinə istinadən xəbər verir.

Hökumət həmçinin bu xəbəri “manipulyativ təbliğatın təzahürü” adlandırıb.

“Bu dezinformasiya materialı dəfələrlə saxta şəxslərdən istifadə etməkdə və manipulyativ və əsassız materiallar yaymaqda tənqid edilən şübhəli mənşəli “Periodista Digital” saytında dərc edilib”, – hökumətin məlumatında deyilir.

Qeyd olunur ki, göstərilən məqalənin reallıqla heç bir əlaqəsi yoxdur.

Daha əvvəl “Periodista Digital” mənbələrə istinad edərək bildirmişdi ki, Ermənistan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı ABŞ-nin təklifini qəbul edib. Nəşrin versiyasına görə, Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin 42 kilometrlik hissəsini ABŞ-nin özəl şirkəti idarə edəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More