İran Prezidenti Belarusa səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian yaxın zamanda Belarusa səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin Belarus Milli Məclisi ilə əməkdaşlıq üzrə işçi qrupunun rəhbəri Əliəsgər Bağerzadə Minskdə jurnalistlərə bildirib.

Belarus KİV-lərinin yaydığı məlumata görə, İran Prezidentinin qarşıdakı səfəri ikitərəfli layihələrin, o cümlədən humanitar sahədə layihələrin həyata keçirilməsinə yeni təkan verəcək.

“Bir sıra Qərb dövlətlərinin birtərəfli yanaşmalara can atdığı hazırkı geosiyasi vəziyyətdə Belarus və İran ədalətli və çoxqütblü dünya nizamını birlikdə qurmaq niyyətini təsdiqləyiblər”, – Ə.Bağerzadə əlavə edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More